Futbolçularımızın komandası darmadağınla qalib gəldi

Futbol üzrə Türkiyə Super Liqasında 4-cü turun oyunları keçirilir.

Newsport.az saytının məlumatın görə, əsas millimizin üzvü Dəniz Yılmaz və gənclər yığmamızın futbolçusu Ozan Can Kökcünün şərəfini qoruduğu “Bursaspor” da növbəti matçına çıxıb. "Timsahlar" doğma meydanda "Akhisar Bələdiyəspor"la üz-üzə gəlib. Bursalılar bu oyundan 3:0 hesablı qələbə ilə ayrılıb.

Dəniz bu görüşün iştirakçısı olmayıb. O, qarşılaşmanı sonadək ehtiyat oyunçular skamyasından izləyib. Ozanın adı isə matçın iştirak ərizəsinə daxil edilməyib.

Qeyd edək ki, "Bursaspor" geridə qalan turlarda topladığı 6 xalla 18 iştirakçı arasında 8-cidi.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right