Paşayev Kiyev "Dinamo"suna qarşı 90 dəqiqə oynadı

Futbol üzrə Ukrayna çempionatında 8-ci turun oyunları keçirilib.

Newsport.az saytının məlumatın görə, millimizin müdafiəçisi Pavel Paşayevin şərəfini qoruduğu "Aleksandriya" səfərdə Kiyev “Dinamo”su ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan 0:3 hesablı məğlubiyyətlə ayrılıb.

Paşayev də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək oynayıb.

"Aleksandriya" geridə qalan turlarda topladığı 4 xalla 12 klub arasında 11-ci pillədə qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right