Prosineçki "Qarabağ"a məsləhət verdi: "Komanda oyunu oynamaq lazımdır"

"Çətin qarşılaşma olacaq. Bütün futbol azarkeşləri "Qarabağ"ın necə sınaq qarşısına çıxacağını yaxşı bilir".

Newsport.az-ın məlumatına görə, bu sözləri millimizin baş məşqçisi Robert Prosineçki deyib.

Azərbaycan Premyer Liqasının IV turu çərçivəsində hazırda davam edən "Sumqayıt" - "Neftçi" matçını stadiondan izləyən xorvatiyalı mütəxəssis oyunun faisləsi zamanı saytımıza açıqlama verib. 

Çalışdırıcı Çempionlar Liqasının qrup mərhələsinin ilk turu çərçivəsində baş tutacaq "Çelsi" - "Qarabağ" matçı haqda danışıb. Mütəxəssis "Qarabağ"ın şanslarını belə dəyərləndirib: "Çelsi" dünyanın ən güclü komandalarından biridir, hazırda İngiltərənin çempionudur. Bəllidir ki, "Qarabağ" üçün mübarizə aparmaq çox çətin olacaq. Amma çıxıb komanda oyunu oynamaq, özünü müsbət tərəfdən göstərmək lazımdır".

Qeyd edək ki, “Çelsi” – “Qarabağ” oyunu sentyabrın 12-də Bakı vaxtiilə saat 22:45-də keçiriləcək.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right