Reynaldonun yeni klubu müəyyənləşdi

"Qarabağ"ın sabiq futbolçusu Reynaldo Silvanin yeni klubu müəyyənləşib.

Newsport.az-ın məlumatına görə, Türkiyənin "Adanaspor" klubundan göndərilən braziliyalı futbolçu karyerasını İsveçrədə davam etdirəcək. 

Türkiyə mətbuatının yaydığı xəbərə görə, "sambaçı" "Yanq Boyz" klubu ilə anlaşıb. Yay transfer dönəmində Verna təmsilçisinə keçidi baş tutmayan oyunçu ilə danışıqlar yenidən start götürüb və Reynaldo kluba keçməyə razılıq verib.

28 yaşlı futbolçunun yaxın günlərdə tibbi müayinədən keçəcəyi və müqavilə imzalayacağı gözlənilir.

Qeyd edək ki, Reynaldo bu ilin yanvar ayında "Qarabağ"dan 475 min avro qarşılığında "Adanaspor"a transfer olunmuşdu. Braziliyalı futbolçu Adana təmsilçisinin heyətində keçirdiyi 9 oyunda fərqlənə bilməmişdi.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right