"Fənərbaxça"dan ayrılan oyunçu "Trabzonspor"da

Türkiyə Super Liqasında mübarizə aparan “Trabzonspor” sabiq futbolçusu Volkan Şəni rənglərinə bağlayıb.

Newsport.az saytının məlumatına görə, Qara dəniz təmsilçisi oyunçu ilə 2 illik müqavilə imzalayıb. Yarımmüdafiəçinin illik maaşın 850 min avro olacaq.

Qeyd edək ki, keçən mövsümü “Fənərbaxça”da keçirən 30 yaşlı Şən 2011-2014-cü illər arasında “Trabzonspor”un şərəfini qoruyub.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right