Eddi İsrafilovu sabiq komandası üzdü

İspaniya Sequndasında 4-cü turun oyunları keçirilib.

Newsport.az saytının məlumatına görə, Azərbaycan yığmasının yarımmüdafiəçisi Eddi İsrafilovun formasını geyindiyi "Ximnastik" səfərdə “Kadis”lə qarşılaşıb və bu oyundan məğlubiyyətlə ayrılıb - 0:2.

Eddi də bu görüşün iştirakçısı olub. O, sabiq komandasına qarşı oyuna start heyətdə başlayıb və sonadək mübarizə aparıb.

"Ximnastik" 4 oyuna cəmi 1 xal toplayıb və hazırda 22 kollektiv arasında sonuncu pillədə qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right