Sabiq “Fənərbaxça”lının yeni klubu bəlli oldu

Türkiyə Super Liqasında mübarizə aparan “Trabzonspor” sabiq futbolçusu Volkan Şən ilə razılığa gəlib.

Newsport.az saytının məlumatına görə, Qara dəniz təmsilçisi oyunçu ilə 3 illik müqavilə imzalayacaq.

Yarımmüdafiəçinin illik maaşının 850 min avro olacağı bildirilir.

Qeyd edək ki, keçən mövsümü “Fənərbaxça”da keçirən 30 yaşlı Şən 2011-2014-cü illər arasında “Trabzonspor”un şərəfini qoruyub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right