“Qarabağ”ın legionerindən təqdirəlayiq addım

“Çelsi”nin sabiq baş məşqçisi Avram Qrantın Bakıda “Qarabağ”ın polşalı müdafiəçisi Yakub Jezniçakla görüşməsinin səbəbi bəlli olub.

Newsport.az saytının məlumatına görə, Ağdam klubunun üzvü sabiq klubu “Legiya”nın azarkeşləri üçün məşhur mütəxəssisdən kömək istəyib. Polşa klubunun keçmiş oyunçusu “Legiya”nın “Əlil fanatlar” qrupunun 15 üzvünü Çempionlar Liqasının qrup mərhələsinin ilk turunda Londonda keçiriləcək “Çelsi” – “Qarabağ” oyununa dəvət edib. 

Qrant da bu məsələ ilə bağlı Bakıya gəlib və Kuba ilə müzakirələr aparıb. 

Futbolçu özü də sosial şəbəkədə fanatlara təşəkkür edib: “Hamınıza təşəkkür edirəm. Məqsədim sizə dəstəyi davam etdirməkdir. Londona getməyə hazırıq. Sonuncu oyunumuz olmayacaq”.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right