AFFA "Ararat"a görə Rusiya Futbol İttifaqına etiraz məktubu göndərdi

AFFA Rusiya Futbol İttifaqına (RFS) etiraz məktubu göndərib.

Newsport.az saytının məlumatına görə, bu barədə Milli Assosiasiyanın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Mikayıl Nərimanoğlu "Report"a verdiyi məlumatda bildirib.

Rəsmi etiraz Rusiya 2-ci Liqasının Mərkəz zonasında 8-ci turun "Ararat" - "Ryazan" oyunu zamanı Dağlıq Qarabağdakı separatçı rejimin "bayrağ"ının nümayiş etdirilməsi ilə əlaqədar bildirilib. Nərimanoğlu deyib ki, məktubda fakt qəti şəkildə pislənilib və RFS-dən faktla əlaqədar tədbir görülməsi xahiş olunub. 

Qeyd edək ki, ermənilərə məxsus komandanın fanatları "Ryazan"la oyun zamanı tribunada Ermənistan və qondarma qurumun bayraqlarını yanaşı asıblar. Halbuki, FİFA və UEFA-nın müəyyənləşdirdiyi qaydalara əsasən, oyunlar zamanı tanınmamış respublikaların bayraqlarının stadionlara keçirilməsi qadağandır.

 
 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right