“Beşiktaş” 2 futbolçusu ilə yollarını ayırdı

Türkiyə çempionu “Beşiktaş” iki futbolçusu ilə yollarını ayırıb.

Komanda.az xəbər verir ki, “qara qartallar” Pedro Frankonu “Boluspor”a, öz yetirməsi olan Sedat Şahintürkü isə “Balıkəsirspor”a icarəyə göndərib.

Newsport.az saytının məlumatına görə“Transfer pəncərəsi”nin son günündə TFF 1-ci liqa təmsilçisi “Boluspor”a üz tutan Pedro bu klubla 1 illik icarə müqaviləsi imzalayıb. Kolumbiyalı futbolçunun 500 min avro olan illik maaşının 350 minini “Beşiktaş”, 150 minini isə “Boluspor” ödəyəcək.

Qeyd edək ki, 26 yaşlı oyunçu 2013-cü ildən İstanbul klubunda çıxış edir. Kolumbiya yığmasında da bir neçə oyun keçirmiş futbolçu “Millonarios”un yetirməsidi. Mərkəz müdafiəçisi “Beşiktaş”a da məhz bu klubdan keçib. Super Liqa təmsilçisinin 2016-cı ildə “San Lorenzo”ya icarəyə verdiyi futbolçu geridə qalan mövsümdə də eyni şərtlər altında “Millonarios”da çıxış edib.

Franko kimi yeni mövsüm üçün “Beşiktaş”ın heyətində yer almayacağı gözlənilən və xeyli müddətdi U-21 komandası ilə məşq edən Denis Boyko, Aras Özbiliz və Aleksandr Miloşeviç isə klubda qalıb. Heç bir təklif almayan bu futbolçuların yenə gənclərdən ibarət kollektivlə məşqlərə davam edəcəyi bildirilir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right