“Qalatasaray” rumıniyalı futbolçu ilə müqavilə imzaladı

Türkiyənin “Qalatasaray” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Newsport.az saytının məlumatına görə, İstanbul klubu Super Liqanın digər təmsilçisi “Karabükspor”un rumıniyalı futbolçusu Yasmin Latovleviçi heyətinə cəlb edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 31 yaşlı müdafiəçi “sarı-qırmızılar”la 1+1 illik müqaviləyə imza atıb.

“Qalatasaray” bu transfer qarşılığında “Karabükspor”a 550 min avro təzminat ödəyib. Futbolçunun özü isə ilinə 750 min avro qazanacaq.

Qeyd edək ki, Rumıniya millisinin üzvü olan Latovleviç ötən mövsüm Karabük klubunda 30 matça çıxıb, 3 qol, 3 məhsuldar ötürmə ilə yadda qalıb. Bu mövsüm zədə səbəbindən bu komandaya kömək edə bilməyən futbolçu “Karabükspor”da 2016-cı ildən çıxış edirdi. Daha öncə Türkiyənin “Gəcnlərbirliyi” komandasında da oynamış Yasmin karyerası ərzində “Politexnika”, “ÇFR Timişoara”, “Qloriya”, “Styaua” klublarının da şərəfini qoruyub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right