Totti məşqçilik kurslarına yazıldı

İtaliya millisinin və "Roma"nın əfsanəsi Françesko Totti məşqçilik kurslarına yazılıb.
 
Newsport.az-ın məlumatına görə, İtaliya Məşqçilər Birliyindən verilən açıqlamada Tottinin 18 sentyabrdan etibarən həmin qurumun təşkil etdiyi UEFA-nın B kateqoriyalı məşqçilik kurslarına başlayacağı bildirilib.
 
Qeyd edək ki, 25 il "Roma"nın formasını geyinən əfsanəvi futbolçu çıxdığı 786 oyunda 307 dəfə rəqib torlarını silkələməyi bacarıb. Bu il mayın 28-də isə İtaliya A Seriyasında "Cenoa" ilə görüşdən sonra o, karyerasını bitirib.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right