Arda Turanın yeni komandası bəlli oldu

Türkiyənin "Qalatasaray” klubu İspaniya "Barselona”sının futbolçusu Arda Turanı icarəyə götürüb.
 
Newsport.az saytının məlumatına görə, bundan sonra iki il ərzində yarımmüdafiəçi İstanbul klubunun şərəfini qoruyacaq. Bu haqda məlumatı RAC1 yayıb. 
 
Daha əvvəl "Barselona"nın baş Ernesto Valverde İspaniya klubu ilə 3 illik müqaviləsi olan Turanın xidmətində maraqlı olmadığını açıqlayıb.
 
Qeyd edək ki, Arda Turan "Qalatasaray”ın yetirməsidir. O, 2004 - 2011-ci illərdə İstanbul nəhənginin formasını geyinib. Türkiyə millisinin üzvü 2015-ci ildə 34 milyon avro qarşılığında "Atletiko”dan "Barselona”ya keçib. Təcrübəli yarımmüdafiəçi Kataloniya komandasının heyətində 36 oyuna 5 qol vurub.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right