Reynaldo "Adanaspor"dan göndərildi

"Qarabağ"ın sabiq futbolçusu Reynaldo Silva klubsuz qalıb. 

Newsport.az saytının məlumatına görə, braziliyalı futbolçu ötən mövsüm üz tutduğu "Adanaspor" klubundan göndərilib. Türkiyə mətbuatının yaydığı xəbərə görə, "sambaçı"nın müqaviləsinə klub tərəfindən xitam verilib. 

Bildirilir ki, Reynaldonun xroniki zədəsi olduğu üzə çıxıb. Adana təmsilçisi buna görə də, 28 yaşlı futbolçunu göndərməyə qərar verib. 

Qeyd edək ki, Reyaldo 2013-cü ilin yanvar ayından 2017-ci ilin yanvar ayınadək "Qarabağ"da çıxış edib. Hücumçu Ağdam klubunda 4 il ərzində bir sıra titullara yiyələnib. Ardıcıl 3 dəfə - 2013/14, 2014/15 və 2015/16 mövsümlərində Azərbaycan çempionu, 2014/15 və 2015/16 mövsümlərində isə Azərbaycan kubokunun qalibi olub.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right