UEFA-dan maliyyə “feyr-pley”i ilə bağlı açıqlama

UEFA-nın prezidenti Aleksandr Çeferin PSJ-nin bu yay etdiyi Kilian Mbappe və Neymar transferlərindən sonra yenidən müzakirə obyektinə çevrilən maliyyə “feyr-pley”i ilə bağlı açıqlama verib.

Newsport.az saytının məlumatına görə, UEFA rəsmisi açıqlamalarında bu sözləri deyib: 
“Maliyyə “feyr-pley”i ilə futbolda sabitlik yaratmaq istədik və buna müvəffəq olduq. Adaptasiya olmaq, modernləşdirmək məcburiyyətindəyik və idman rəqabətindəki tarazlığı təmin etmək üçün bir şeylər etməliyik”.

UEFA-nın PSJ-nin etdiyi transferlələ bağlı başlatdığı istintaq haqqında da danışan Çeferin bunları qeyd edib: “Əgər lazım gələrsə, böyük klublara cəza verməkdən çəkinmərik”.

Həmçinin, Avropanın ali futbol qurumunun prezidenti UEFA-nın komandalardakı futbolçuların sayını məhdudlaşdıra biləcəyini, icarə əsasında reallaşan transferlərlə bağlı yeni qərarların qəbul edilə biləcəyini və yay transfer dönəminin avqust ayı yerinə iyulda başa çatması üçün işlərin aparıla biləcəyini də vurğulayıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right