Samir Məsimov "Fakel"ə lazım olmadı

Rusiya I Divizionunda 12-ci turun oyunları keçirilib.

Newsport.az saytının məlumatına görə, azərbaycanlı futbolçu Samir Məsimovun çıxış etdiyi "Fakel" səfərdə "Avanqard"ın qonağı olub. Qarşılaşma meydan sahiblərinin 2:0 hesablı qələbəsiylə başa çatıb.

Samir Məsimov bu oyunu sonadək ehtiyat oyunçular skamyasından izləyib.

Qeyd edək ki, 12 turdan sonra aktivində 8 xal olan "Fakel" 20 komanda arasında 19-cu pillədə qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right