Rauf Əliyevun komandası Super Kuboku qazana bilmədi

Albaniya Super Kubokunun qalibinin adı müəyyənləşib. 

Newsport.az saytının məlumatına görə, qalibin adına son çempion "Kukesi" ilə ölkə kubokunun son qalibi "Tirana"nın duelində aydınlıq gəlib. Qarşılaşma "Tirana"nın 1:0 hesablı qələbəsi ilə başa çatıb. 

Tirana təmsilçisi 90-cı dəqiqədə vurduğu qol sayəsində qələbəni təmin edib və kuboku başı üzərinə qaldırıb. 

"Kukesi"də forma geyinən Azərbaycan millisinin üzvü Rauf Əliyev bu matçın iştirakçısı olub. Oyuna start heyətində başlayan təcrübəli forvard fasilədə Miloş Krkotiçlə əvəzlənib. 

Qeyd edək ki, bu, "Tirana"nın tarixi ərzində qazandığı 11-ci Super Kubok olub. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right