Mussa Sov Super Liqaya qayıdır

Türkiyə Super Liqasında mübarizə aparan “Yeni Malatyaspor” Birləşmiş Ərəb Əmirliklərinin klubu “Əl-Əhli”yə məxsus olan Mussa Sovu transfer etməyə yaxındı.

Newsport.az saytının məlumatına görə, “Yeni Malatyaspor”un “Fənərbaxça”nın sabiq hücumçusu ilə ilk görüşü müsbət nəticələnib.

Bildirilir ki, hal-hazırda “Yeni  Malatyaspor” ilə “Əl-Əhli” klubu arasında danışıqlar gedir. 

Xatırladaq ki, keçən mövsümü “Fənərbaxça”da icarə əsasında keçirən 31 yaşlı seneqallı futbolçu 37 oyuna 15 qol vurmuşdu.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right