“Arsenal” 42 nəfərlik iştirak ərizəsini göndərib

Bu mövsüm Avropa Liqasında mübarizə aparacaq “Arsenal” UEFA-ya iştirak ərizəsini göndərib.

Newsport.az-ın məlumatına görə, siyahıda 42 oyunçunun adı yer alıb.

Arsen Vengerin siyahıya əlavə olaraq 17 futbolçunun adını daxil etməsi diqqətləri cəlb edib.

Qeyd edək ki, qaydaya əsasən, 1 yanvar 1996-cı il təvvəllüdlü və 15 yaşından bəri fasiləsiz olaraq klubda oynayan futbolçuların adları həmin klubların “B” siayısına daxil edilə bilər. Bu qaydadan istifadə edən Venger 42 nəfərlik iştirak siyahısı tərtib etmək qərarına gəlib.

Əlavə edək ki, keçən mövsüm İngiltər Premyer Liqasını 5-ci sırada başa vuran “Arsenal” bu mövsüm Avropa Liqasının əsas fovaritlərindəndir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right