Kosta “Beşiktaş”a keçməyə yaxındır

Türkiyə Super Liqasında mübarizə aparan “Beşiktaş” “Çelsi”dən Dieqo Kostanı heyətinə qatmağa yaxındır.

Newsport.az-ın məlumatına görə, bu haqda İspaniya mətbuatı məlumat yayıb.

“Zadəganlar”ın  heyətdən kənarlaşdırılan Kostanı “Beşiktaş”a icarəyə göndərmək niyyətində olduğu bildirilir.

Xatırladaq ki, bu yay “Atletiko” (Madrid) braziliya əsilli ispan hücumçunu heyətinə cəlb etmək istəsə də, keçid reallaşmamışdı. Buna səbəb isə “Atletiko”nun yanvar ayına kimi transfer qadağasının olmasıdır.

Əlavə edək ki, "Çelsi" Çempionlar Liqasında təmsilçimiz "Qarabağ"la eyni qrupdadır. London təmsilçisi turnirdə iştirak edəcək heyətə Kostanın adını salmayıb





Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right