Eto “Antalyaspor”dan ayrılır

Türkiyə Super Liqasında mübarizə aparan “Antalyaspor”un futbolçusu Samuel Eto komandadan ayrılacaq.

Newsport.az-ın məlumatına görə, bu haqda açıqlama verən futbolçunun meneceri Vilfred De Happi:
“Antalyaspor” rəhbərliyinin rəftarı Etonu narahat edir. Buna görə də, Samuel Eto komandadan ayrılmaq istəyir”.

Afrikalı oyunçu üçün müxtəlif klublardan təkliflərin gəldiyini deyən menecer: “Bir çox klubdan müxtəlif təkliflər gəldi, lakin bu təkliflərin içərisində ən aşağısı “Antalyaspor”un təklifi idi”.

“Etoya “Antalyaspor”dakı ilk ilində Çindən 14 milyon avroluq təkliflər gəlirdi. Lakin o bu təkliflərin heç birisini qəbul etmədi. Təklifləri qəbul etməməsinin ən böyük səbəbi azarkeşlər oldu”.

De Happi açıqlamasında Etoya haqsızlıqlar edildiyini deyib: “Eto karyerasını “Antalyaspor”da sonladırmaq istəyirdi. Lakin Samuel özünə qarşı haqsızlıqlar edildiyini düşünür. “Antalyaspor”un təklifi Etonun komandaya verdiyi xeyiri qarşılamır”.

“Keçən mövsüm Etoya komandadan getməsi üçün pul təklif etdilər. Hətta əgər Etonun yeni klubundakı maaş ilə indiki maaşı arasında fərq olarsa, “Antalyaspor” həmin fərqi ödəyəcəyini demişdi. Lakin aradakı fərq yüksək olduğuna görə, “Antalyaspor” ödəniş etmədi. Ona görə də, Eto klubda qaldı”.

“Eto getmək istədiyini bildirib. O artıq xoşbəxt deyil. İndi yalnız iki yol var. Ya Eto komandadan ayrılıb xoşbəxt olacağı kluba keçəcək, ya da onun şərtlərini yerinə yetirəcəklər”





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right