"Yuventus"un skautu Dino Ndlovunu "Kopenhagen"lə oyunda izləmişdi"

Cənubi Afrika yığmasının baş məşqçisi Stüart Bakster "Qarabağ"ın futbolçusu Dino Ndlovunun milli komandaya dəvət almamasından danışıb.

Newsport.az-ın məlumatına görə, o, yerli mətbuata açıqlamasında bununla bağlı bunları bildirib: 

"Əvvəl də demişdim ki, Ndlovu dünyanın ən yaxşı liqasında oynamır. Lakin o, qol vurursa, bu, adama güvən verir. Bir səbəb də deyim ki, mən Dinonu Çempionlar Liqasında izləməmişəm. Amma o liqa çox güclü liqadır. "Yuventus"un məşhur skautu onun "Kopenhagen"ə qarşı oyununu izləmişdi və mənə dəqiq hesabat verdi. İlk oyundan sonra Dino ilə əlaqə saxladım və söhbət etdik. Onun milliyə çağırılmağa yaxın olduğunu söylədim. Bildirdim ki, Kapo Verde kampında olmayacaq. Çünki heyətin 2-ci oyundan sonra açıqlandığını izah etdim. Əgər biz yoldaşlıq görüşündən sonra dünya çempionatının seçmə mərhələ matçı oynasaydıq, Dinonu heyətdə görmək istəyərdim. Lakin onu təzyiq altına atmaq istəmirəm".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right