Kapitanlıq bazubəndini yerə atan futbolçu millidən uzaqlaşdırıldı

İsrail millisinin kapitanı Eran Zahavi ölkənin futbol federasiyası tərəfindən millidən uzaqlaşdırılıb.

Newsport.az-ın məlumatına görə, buna səbəb Zahavinin davranışı olub olub. Ötən gün İsrail DÇ-2018-in seçmə mərhələsində doğma meydanda Makedoniyaya 0:1 hesabı ilə uduzub. Yerli komandanın azarkeşləri isə yenilgini həzm edə bilməyiblər. Oyunun gedişində fanatlar millinin üzvlərinə qarşı tənqidi şüarlar səsləndiriblər. Bu səbəbdən də 30 yaşlı hücumçu kapitanlıq bazubəndini yerə çırpıb.

İsrail Futbol Federasiyası isə hücumçunu millidən uzaqlaşdırıb.

Qeyd edək ki, G qrupun mübarizə aparan İsrail 4 oyundan sonra 9 xalla 4-cü pillədə qərarlaşb və munidala yollanmaq şanslarını itirib.

 


 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right