Aqolli qol vurdu, Albaniya qalib gəldi

"Qarabağ"ın futbolçusu Ansi Aqollinin şərəfini qoruduğu Albaniya DÇ-2018-in seçmə mərhələsində növbəti oyununa çıxıb.

Newsport.az-ın məlumatına görə, albanlar doğma meydanda Lixtenşteynlə qarşılaşıb və 2:0 hesabı ilə qalib gəlib. Meydan sahiblərinin ikinci qolunu Aqolli vurub. 34 yaşlı müdafiəçi 78-ci dəqiqədə fərqlənib.

Albaniya - Lixtenşteyn - 2:0
Qollar:
 Roşi, 54, Aqolli, 78

Qeyd edək ki, A.Aqolli start heyətdə yer alıb və sonadək oynayıb.

 
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right