"Atletiko"dan səfər darmadağını

"Atletiko" klubu İspaniya La Liqasında II turun oyununu keçirib.
 
Newsport.az-ın məlumatına görə, Dieqo Simeonenin baş məşqçi olduğu kollektiv səfərdə "Las Palmas"la qarşılaşıb. 
 
Görüş qonaqların qələbəsi ilə yekunlaşıb - 5:1. "Atletiko"nun qollarını 3-cü dəqiqədə Anxel Korrea, 5-ci dəqiqədə Yannik Karrasko, 62-ci və 75-ci dəqiqələrdə Koke, 88-ci dəqiqədə isə Tomas vurub. "Las Palmas"dan isə 58-ci dəqiqədə Conatan Kalyeri fərqlənib. 
 
Bu qələbə sayəsində xallarını 4-ə çatdıran "Atletiko" 3-cü pillədə qərarlaşıb. Xalsız "Las Palmas" isə sonuncudur. 
 
Qeyd edək ki, "Atletiko" Çempionlar Liqasında "Qarabağ"la eyni qrupda yer alıb. İki komanda arasında ilk görüş oktyabrın 18-də Bakıda, təkrar qarşılaşma isə oktyabrın 31-də Madriddə olacaq.  
 

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right