"Roma" "İnter"ə 3 qolla məğlub oldu

"Qarabağ"ın Çempionlar Liqasının qrup mərhələsindəki rəqibi "Roma" İtaliya A seriyasında növbəti oyununa çıxıb.

Newsport.az  saytının məlumatına görə, komanda 2-ci turda doğma meydanda "İnter"lə qarşılaşıb və 1:3 hesabı ilə uduzub. Bununla da "canavarlar" 2008-ci ildən sonra ilk dəfə doğma meydanında "İnter"ə boyun əyib.

2 turdan sonra "Roma" 3 xalla turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb. "İnter" isə 6 xalla 2-cidir və top fərqinə görə lider "Yuventus"dan geri qalır. 

"Roma" - "İnter" - 1:3
Qollar: 
Edin Dzeko, 15, Mauro İkardo, 67, Mauro İkardo, 77, Matias Vesino, 87

 

 

 
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right