"İnter" "Valensiya"nın futbolçusunu heyətinə qatdı

İtaliyanın “İnter” klubu heyətinə daha bir futbolçu cəlb edib.

Newsport.az-ın məlumatına görə, Milan şəhərinin təmsilçisi İspaniyanın "Valensiya" klubunun müdafiəçisi Juan Kanselunu icarəyə götürüb. 23 yaşlı futbolçu ilə 1 illik müqavilə bağlanıb.

Portuqaliya millisinin də şərəfini qoruyan Kanselu 2014-cü ildə "Benfika"dan "Valensiya"ya transfer olmuşdu.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right