"Jilina" Ramillə yolları ayırır

Slovakiyanın "Jilina" klubu millimizin hücumçusu Ramil Şeydayevlə yolları ayırır.

Newsport.az-ın məlumatına görə, bunu komandanın baş məşqçisi Adrian Gula Sport24.az-a açıqlamasında deyib. 

O bildirib ki, Ramil daha çox oynamaq üçün özünə yeni klub tapmalıdır: “Ramilin əvəzedici heyətdə oynaması cəza ilə əlaqədar deyil. Sadəcə, biz onunla icarə müqaviləsinə xitam vermək istəyirik. Çünki futbolçunun daha çox oynamağa ehtiyacı var. Hazırda məxsus olduğu "Trabzonspor"la danışıqlar aparır. Özünə yeni klub tapmalıdır".

Qeyd edək ki, müqavilə ilə "Trabzonspor"a məxsus olan hücumçu ötən mövsümdən "Jilina"da icarə əsasında çıxış edir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right