“Barselona” Koutinyonun transferindən vaz keçdi

“Barselona” “Liverpul”un üzvü Filippe Koutinyonun transferindən imtina edib.

Newsport.az-ın məlumatına görə, bu barədə məlumatı İngiltərə mətbuatı yayıb.

Xəbərdə katalonların braziliyalı futbolçunun transferi üçün “qırmızılar”a iki dəfə təklif göndərdiyi, lakin mersisaydlıların hər iki təklifdən imtina etdiyi vurğulanıb.

“Barselona” sonuncu - 118 milyon avro dəyərində olan təklifin də rədd edilməsindən sonra Braziliya millisinin üzvünün transferi fikrindən daşınıb.

25 yaşlı hücumameyilli yarımmüdafiəçinin “Liverpul”la müqavilə müddəti 2022-ci ilin yayında bitəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right