Adı "Qarabağ"la hallanan hücumçu “Frozinone”yə keçir

Bir müddət əvvəl “Qarabağ”ın transfer siyahısında olması barədə xəbərlər yayılan İtaliya B seriyası təmsilçisi “Trapani”nin oyunçusu Nikola Sitro karyerasını vətənində davam etdirməyə yaxındı.

Newsport.az-ın məlumatına görə, 28 yaşlı hücumçunun xidmətində B seriyasının digər təmsilçisi “Frozinone” maraqlıdı. 

Bu barədə məlumatı İtaliya mətbuatı yayıb. Xəbərdə “sarı-göylər”in Sitro ilə 3 illik müqavilə bağlamağı planlaşdırdıqları qeyd edilib.

Qeyd edək ki, Sitro son mövsümdə şans qazandığı 30 oyunda 5 qola imza atıb. Onun “Trapani” ilə müqavilə müddəti gələn ilin yayında başa çatacaq.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right