Qol sevincini qeyd edərkən zədələndi, 7 aylıq sıradan çıxdı

Almaniyanın "Hamburq" klubunun yarımmüdafiəçisi Nikolay Müller 7 aylıq sıradan çıxıb.

Newsport.az-ın məlumatına görə, 29 yaşlı futbolçu Bundesliqanın açılış turunda "Auqsburq"la ev oyununda (1:0) komandasının yeganə qolunun müəllifi olub. Lakin məhz bu qolu bayram edərkən o, dizindən ağır zədə alıb və meydanı erkən tərk etməli olub. 

Həkim müayinəsindən sonra futbolçunun zədəsinin ciddi olduğu və ən azı 7 ay yaşıl meydana çıxa bilməyəcəyi müəyyənləşib.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right