Eddi İsrafilovun komandası yeni mövsümə qələbə ilə başladı

İspaniya Birinci Divizionunda (Sequnda) 2017/18 mövsümünə start verilib. 

Newsport.az-ın məlumatına görə Azərbaycan yığmasının yarımmüdafiəçisi Eddi İsrafilovun şərəfini qoruduğu "Kadis" də ilk matçına çıxıb.

Sözügedən kollektiv səfərdə "Kordoba" ilə qarşılaşıb. Matç futbolçumuzun komandasının qələbəsi ilə başa çatıb - 2:1. Eddi bu görüşün iştirakçısı olmayıb.

"Kadis"dən ayrılacağı, daha çox "Real Valyadolid"ə keçəcəyi iddia edilən millimizin üzvünün adı mövsümün açılış matçının iştirak ərizəsinə də daxil edilməyib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right