Newsport.az-ın məlumatına görə, dünən Danimarka Super Liqasında “Senderyuske” ilə matçdan sonra (3:2) o bildirib ki, əgər bu görüşün birinci hissəsindəki oyunlarını “Qarabağ”la qarşılaşmada da sərgiləsələr, mərhələ adlayacaqlar: “Amma yaxşı olardı ki, qarşıdakı oyunda tribunada bizi dəstəkləyən azarkeşlərimizin sayı çox olsun”.
Xatırladaq ki, “Kopenhagen” – “Qarabağ” matçı avqustun 23-də keçiriləcək. Bu komandaların ilk oyununda Ağdam klubu 1:0 hesabı ilə qələbə qazanıb.