Samir Nəsri Türkiyə klubunda

Türkiyənin "Antalyaspor" klubu heyətini ulduz futbolçu ilə gücləndirib.

Newsport.az-ın məlumatına görə, Super Liqa təmsilçisi "Mançester Siti"nin yarımmüdafiəçisi Samir Nəsrini transfer edib. Fransa millisinin üzvü bu gün Antalyaya gələrək 2 illik rəsmi müqaviləyə imza atacaq.

30 yaşlı yarımmüdafiəçi "qırmızı-ağlar"da illik 4 milyon avro və bonuslar qazanacaq.

Qeyd edək ki, Samir Nəsri son mövsümü icarə əsasında "Sevilya"da keçirib. O, La Liqa klubunun heyətində meydana çıxdığı 23 qarşılaşmada 2 qol vurmağı bacarıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right