"Kopenhagen"in baş məşqçisi: "Əgər birinci hissədə "Qarabağ"ı cəzalandıra bilməsək..."

"Bizim üçün yaxşı nəticə idi. Vacib sınaq öncəsi mühüm qələbə əldə etdik. Bizim üçün ən vacib məqsəd 3 xal qazanmaq və komandamıza yüksək əhval-ruhiyyə gəitrmək idi".

Newsport.az-ın məlumatına görə, vu sözləri "Kopenhagen"in baş məşqçisi Steyl Solbakken deyib. 

Çempionlar Liqasının pley-off mərhələsində "Qarabağ"ın rəqibi olan "Kopenhagen" Danimarka çempionatında növbəti oyununu keçirib. Komanda Superliqanın VI turu çərçivəsində "Syonneryusk"u qəbul edib.

Görüş meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. "Kopenhagen"in qollarına 27-ci dəqiqədə Kusk, 81-ci dəqiqədə Verbiç və 84-cü dəqiqədə Pavloviç imza atıb.

Oyundan sonra baş tutan mətbuat konfransında iştirak edən mütəxəsis fikirlərini bildirib. O, komandasının yaxşıya doğru irəlilədiyini deyib: "Brondbu" və "Horsens"lə matçlarda xallar itirdik. İndi isə özümüzə gəlirik və xal ehtiyatımızı zənginləşdiririk. Futbolçularımız öz üzərində yaxşı hazırlaşırlar. Növbəti matçlarda daha yaxşı çıxış edəcəyimizə inanıram".

O, ayın 23-də "Qarabağ"a qarşı keçirəcəkləri matç haqda bunları deyib: "İlk hissə bizim üçün çox vacibdir, oyun ərzində konsentrasiyanı saxlamalıyıq. Əgər birinci hissə rəqibi cəzalandıra bilməsək, bizim üçün çətin olacaq. "Qarabağ"a qol vurmaq asan iş deyil. Rəqibimiz yaxşı komandadır və matça ciddi hazırlaşmalıyıq. Bu qarşılaşmada qaib gəlmək bizim üçün vacibdir".

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right