“Qəbələ”dən göndərilən futbolçu Polşa klubunda

Ötən mövsüm başa çatdıqdan sonra “Qəbələ”dən göndərilən daha bir futbolçu özünə yeni komanda tapıb.

Newsport.az-ın məlumatına görə, söhbət “qırmızı-qaralar”ın əsas heyətində özünə yer tapa bilməyən polşalı qapıçı David Pietrzkeviçdən gedir.

“Çərçivə qoruyucu”su karyerasını öz ölkəsində davam etdirəcək. Əlcək sahibi Polşanın yüksək liqasında mübarizə aparan “Sandeçya” klubu ilə münasibətlərini rəsmiləşdirib. David yeni klubu ilə 1 illik müqavilə imzalayıb.

Qeyd edək ki, Pietrzkeviç ölkəmizdə “Qəbələ” ilə yanaşı fəaliyyətini dayandıran “Simurq” klubunda da oynayıb. 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right