Keçmiş futbolçudan məşhur məşqçiyə şok qadağa

"Bavariya"nın yeni idman direktoru Hasan Salihamidziç vəzifəsinin icrasına başlayıb.

Newsport.az-ın məlumatına görə, ötən illərin məşhur futbolçusunun ilk işlərindən biri komandanın baş məşqçisi Karlo Ançelottinin cəzalandırmaq olub. Belə ki, bosniya və herseqovinalı veteran futbolçu mütəxəssisə qadağa qoyub. 

Almaniya mətbuatının yaydığı xəbərə görə, Salihamidziç "Don Karlo"dan klubun ofisində və bazasında siqaret çəkməməyi tələb edib. O, belə halın qeydə alınacağı təqdirdə mütəxəssisə cəza verəcəklərini bildirib. 

Qeyd edək ki, Salihamidziç 1998-2007-ci illərdə "Bavariya"da çıxış edib. 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right