“Barselona”nın 125 milyonluq təklifi də qəbul edilmədi

“Liverpul” braziliyallı yarımmüdafiəçisi Filipe Koutinyo üçün “Barselona”nın 3-cü təklifini də qəbul etməyib.

Newsport.az-ın məlumatına görə, daha öncə “Liverpul”a 77 və 100 milyonluq təkliflər edən “Barselona” bu dəfə məbləği 125 milyona yüksəldib.

Lakin, ingilislər israrla Koutinyonu heyətdə saxlamaq niyyətində olduqlarını göstəriblər. 25 yaşlı futbolçunun da “Barselona”da oynamaq istədiyini söyləməsinə baxmayaraq, “Liverpul” rəhbərliyi onu buraxmaq istəmir.

Katalonların “Liverpul”a 150 milyonluq yeni təklif etməyə hazırlaşdığı bildirilir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right