"Kopenhagen"in futbolçusu: "Hələ istədiyimiz oyunu oynaya bilmirik"

“Hələ istədiyimiz oyunu oynaya bilmirik. Bunun üçün çalışmalıyıq. İrəliləyiş olsa da, daha yaxşısına ehtiyac var”.

Newsport.az-ın məlumatına görə, bu fikirləri Çempionlar Liqasının pley-off mərhələsində “Qarabağ”ın rəqibi olan “Kopenhagen"in futbolçusu Peter Ankersen deyib.

O, klubun saytına açıqlamasında hazırda şənbə günü “Syonneryusk”a qarşı keçirəcəkləri oyunu düşündüyünü bildirib: "Daha sonra diqqətimizi növbəti görüşə yönəldəcəyik. Azarkeşlərimizi qələbə ilə sevindirmək istəyirik. Bu missiyanın öhdəsindən gələ biləcəyimizə əminəm”.

Qeyd edək ki, "Kopenhagen" Bakıda keçirilən ilk qarşılşamada 0:1 hesabı ilə uduzduğu "Qarabağ"la evdəki cavab matçını avqustun 23-də keçirəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right