Kamran Ağayevin son durumu müəyyənləşdi

Azərbaycan millisinin üzvü Kamran Ağayevin son durumuna aydınlıq gəlib.

Newsport.az-ın məlumatına görə, yeni klubu “Mlada”nın məşqində zədələnən futbolçunun vəziyyəti yaxşıdır. O, yeni komandasında debüt edə bilər. Bu barədə saytımıza milli komandamızın qapıçılar üzrə məşqçisi Faiq Əzizov məlumat verib:

“Kamranla maraqlanırıq, zədəsi yüngüldür. Həkim bildirib ki, o, tam sağalmalıdır. Bu səbəbdən də Çexiya Liqasında son turu buraxdı. Növbəti tur “Mlada” evdə “Slovan”la oynayacaq. Kamranın bu matçda forma geyinəcəyi gözlənilir”.

Qeyd edək ki, “Mlada” Çexiya çempionatının 4-cü turunda avqustun 19-da doğma meydanda “Slovan”a qarşı keçirəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right