"Qarabağ"ın sabiq hücumçusu Kipr klubunda

"Qarabağ"ın sabiq futbolçusu İnnosent Emeqara yeni komanda tapıb.

Newsport.az-ın məlumatına görə, isveçrəli futbolçu bu dəfə fərqli ölkəyə üz tutub. 

Son olaraq ABŞ-ın "San Xose" klubunda oynayan forvard karyerasını Kiprdə davam etdirəcək. O, ölkənin "Ermis Aradippou" klubu ilə anlaşıb. 2014/15 mövsümündə "Qarabağ"ın heyətində 7 oyun keçirən və 4 qol vuran futbolçu Larnaka təmsilçisi ilə 1 illik müqavilə imzalayıb. 

Qeyd edək ki, Azərbaycan millisinin üzvü Araz Abdullayev də Kipr çempionatında mübarizə aparan "Anortosis" klubunda çıxış edir. 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right