Millimizin üzvü klubunu dəyişir: Baş məşqçi təsdiqlədi

Millimizin üzvü Eddi İsrafilov klubunu dəyişməyə hazırlaşır.

Newsport.az-ın məlumatına görə, yarımmüdafiəçi yaxın günlərdə "Kadiz"dən ayrıla bilər. 

Bu barədə məlumatı komandanın baş məşqçisi Alvaro Kervera verib. O, Eddinin klubu tərk etmə ehtimalının olduğunu bildirib: "Eddi ilə söhbət etmişik. Onun xidmətində maraqlı olan klublar var. Hələ ki, heç bir razılıq əldə olunmayıb. Onun komandamızda qalacağına ümid edirik". 

Qeyd edək ki, "Alkarkon" və "Luqo" klubları Eddini heyətə qatmağa çalışırlar. İddiaya görə, Eddi üçün ən uyğun variant "Alkarkon"du. Çünki millimizin futbolçusu hazırda bu komandanın baş məşqçisi Xulio Velaskesin rəhbərliyi altında çıxış edib. Bu, 36 yaşlı mütəxəssisin 2013/2014 mövsümündə "Mursiya"da işlədiyi vaxta təsadüf edib.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right