"Everton"dan rekord trannsfer

“Everton” heyətini gücləndirib.

Newsport.az-ın məlumatına görə, liverpullular islandiyalı Qulfi Siqurdssonu transfer edib. Klubun rəsmi saytından verilən açıqlamaya görə “Suonsi Siti”dən transfer edilən 27 yaşlı yarımmüdafiəçi ilə 5 illik müqavilə bağlanılıb.İngiltərə mətbuatının yazdığına görə bu transfer “Everton”a 45 milyon funt sterlinqə başa gəlib. Bununla da “göylər” klub rekordu qıraraq ən bahalı keçidini reallaşdırmış oldu. O, yeni klubunda 18 nömrəli forma ilə çıxış edəcək.

Qeyd edək ki, Siqurdson daha əvvəl İngiltərədə “Ridinq”, “Tottenhem”, Almaniyada isə “Hoffenhaym”ın şərəfini qoruyub. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right