Useyn Boltun “Mançester Yunayted” arzusu reallaşır

Bir neçə gün əvvəl karyerasına son qoyan məşhur atlet Useyn Boltun “Mançester Yunayted” azarkeşi olmağı çoxlarına bəllidi.

Newsport.az-ın məlumatına görə, yamaykalı atletin “qırmızı şeytanlar”ın formasını geyinmək xəyalı gerçək olacaq.

Belə ki, o, bu komandanın sentyabrın 2-də “Barselona” ilə keçiriləcək yoxlama matçının heyətinə cəlb ediləcək. İspaniyanın AS qəzetinin məlumatına görə hər iki klubun əfsanələrinin qarşılaşmasında Edvin van de Sar, Pol Skoulz, Duayt York, Fil Nevil, Qaiska Mendieta, Erik Abidal, Migel Anxel Nadal və George Popesku kimi veteranlar yer alacaq.

Xəbərdə həmçinin, Boltun meydana çıxmaq üçün Dünya Atletizim Çempionatında 4x100 metr bayraq yarışını yarımçıq qoymasına səbəb olan baldır zədəsini sağaltmaq üçün əlavə müayinələr etdiyi bildirilib. 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right