PSJ-dən Premyer Liqa klubuna

PSJ-nin hücumçusu Xese Rodriqes karyerasını İngiltərədə davam etdirəcək.

Newsport.az-ın məlumatına görə, İngiltərə Premyer Liqa təmsilçisi “Stok Siti” ispan hücumçunu bir illik icarəyə götürüb. “Qırmızı-ağlar” 24 yaşlı futbolçunun xidmətindən razı qalacağı halda, onu transfer etmək hüququna malik olacaq.

PSJ-yə ötən il “Real”dan transfer edilən Xese, son mövsümün ikinci yarısını icarə əsasında La Liqa təmsilçisi “Las Palmas”da keçirib. O, çempionatın ikinci dövrəsində şans qazandığı 16 oyunda 3 qola imza atıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right