Avropada ilin ən yaxşısı adına 3 namizəd - Qalib kim olacaq? SORĞU

UEFA 2016/17 mövsümündə Avropanın ən yaxşı futbolçusu adına namizədlərin adını açıqlayıb.

 

Newsport.az UEFA-nın rəsmi saytına istinadla xəbər verir ki, qalib adı uğrunda 3 futbolçu mübarizə aparacaq. Bunlar “Yuventus”un italiyalı qapıçısı Canluici Buffon, “Barselona”nın argentinalı kapitanı Lionel Messi və Madrid “Real”ının portuqaliyalı hücumçusu Kriştiano Ronaldodu.

 

Qitə futbol qurumu qalibin adını avqustun 24-də Monakoda keçiriləcək Çempionlar Liqasının qrup mərhələsinin püşkatması zamanı açıqlayacaq.

 

2015/16 mövsümündə Avropanın ən yaxşı futbolçusu Ronaldo seçilib.

 

 


 

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right