“Ansi Aqolli ilə məsləhətləşdim” – Rauf Əliyev

“Karyeram ərzində yalnız Azərbaycanda oynamışam. Bu, mənim üçün ilk legioner həyatıdır”.

Newsport.az-ın məlumatına görə, bu sözləri “İnter”dən ayrılaraq “Kukesi”yə transfer olunan Rauf Əiyev Albaniya mətbuatına açıqlamasında deyib.

Yeni klubuna keçidi haqda danışan millimizin üzvü düzgün seçim etdiyini bildirib:“Bilirəm ki, “Kukesi” Albaniya çempionatında və avrokuboklarda yaxşı çıxış edir. Düşünürəm ki, doğru seçim etmişəm”.

R.Əliyev Albaniya futboluna bələd olduğunu bildirib:“İnter”in heyətində Avroliqa oyununda Albaniyanın “Laçi” klubuna qarşı oynamışam. Bundan başqa, yığmamızın heyətində Albaniya millisinə qarşı iki oyunda iştirak etmişəm. Albaniya və Azərbaycan futbolunun səviyyə fərqinə gəldikdə isə düşünürəm ki, sizdə milli komanda biz də isə klublar güclüdür”.

R.Əliyev "Kukesi"yə keçərkən  sabiq komanda yoldaşı – “Qarabağ”ın albaniyalı futbolçusu Ansi Aqollidən məsləhət aldığını da əlavə edib: “Bura gəlməzdən əvvəl Ansi Aqolli ilə məsləhətləşdim. O, mənə müsbət fikirlər söylədi. Bu təklifi qəbul etməyimə əminlik yaratdı. “Kukesi” ilə böyük uğurlar qazanmaq istəyirəm. Hədəfim komandamla birgə avrokuboklara vəsiqə qazanmaqdır”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right