Ronaldoya ağır cəza!

İspaniya Futbol Federasiyasının İntizam Komitəsi "Real"ın futbolçusu Kriştiano Ronaldoinu cəzalandırıb.  

Newsport.az-ın məlumatına görə, "Barselona" ilə matçda hakimi itələdiyi üçün 5 oyunluq cəzaya məruz qalıb.

Cəza müddəti 4 oyundan çox olduğu üçün portuqaliyalı ulduzun cəzası İspaniya daxilində keçirilən bütün turnirlərə aid ediləcək. Portuqaliyalı futbolçunun buraxmalı olacağı matçlar:

• "Barselona" (ev) - İspaniya Super Kuboku

• "Deportivo" (səfər)

• "Valensiya" (ev)

• "Levante" (ev)

• "Real Sosyedad" (səfər)

Qeyd edək ki, "Real" "Nou Kamp"da "Barselona"ya 3:1 hesabı ilə qalib gəlib. Super Kubokun cavab matçı avqustun 17-də keçiriləcək.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right