"Fakel" Samir Məsimova ehtiyac duymur

Rusiya 1-ci divizionunda 8-ci turun oyunları keçirilib. 

Newsport.az-ın məlumatına görə, azərbaycanlı futbolçu Samir Məsimovun formasını geyindiyi "Fakel" də növbəti matçına çıxıb. Voronej təmsilçisi doğma meydanda Moskva “Spartak”ının ikinci komandası ilə qarşılaşıb. “Fakel” bu oyundan məğlubiyyətlə ayrılıb - 0:3.

Samir bu görüşün iştirakçısı olmayıb. Onun adı ümumiyyətlə, matçın iştirak ərizəsinə də daxil edilməyib.

"Fakel" 8 turdan sonra 5 xalla 20 klub arasında sonuncu pillədə qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right