Nazarovun komandası kubokla vidalaşdı

Almaniya Kubokunda 2017/18 mövsümünün ilk mərhələsinin oyunları keçirilir.

Newsport.az saytının məlumatına görə, Azərbaycan yığmasının yarımmüdafiəçisi Dmitri Nazarovun şərəfini qoruduğu "Aue" səfərdə "Vehen"lə qarşılaşıb və bu oyundan məğlubiyyətlə ayrılıb - 0:2.

Bu məğlubiyyət Aue təmsilçisinin Almaniya Kubokunu elə ilk raunddaca tərk etməsinə səbəb olub.

Nazarov da bu görüşün iştirakçısı olub. Start heyətdə meydana çıxan millimizin üzvü sonadək oynayıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right